Madrid təmsilçisi fransalı ulduzunu satacaq?
Madrid “Real"ının hücumçusu Kərim Benzema karyerasını İngiltərədə davam etdirəcəyi gözlənilir.
Sportal.az xəbər verir ki, 27 fransalı futbolçunu "Mançester Yunayted" klubu heyətinə qatır.
İngiltərə təmsilçisi futbolçunun transferi qarşılığında "Real"a 56 milyon avro təklif edib. "Qırmızı şeytanlar”la yanaşı, təcrübəli forvardı "Arsenal" və "Mançester Siti" klubları da düşərgəsinə qatmaqda iddialıdır.
Qeyd edək ki, geridə qalan mövsüm "Real"ın heyətində 46 oyun keçirən futbolçu 22 qol vurub və 12 məhsuldar ötürmə verib.
saytlarin hazirlanmasi