Premyer Liqanın son turunda "Neftçi" - AZAL oyunu xoşagəlməz məqamla yadda qalıb.
Sportal.az xəbər verir ki, qollu bərabərliklə başa çatan qarşılaşmanın ardından meydan sahiblәrinin müdafiәçisi Karlos Kardoso qonaqların qapıçısı Kamal Bayramova topu oyuna gec daxil etdiyinә görә hücum çәkib. Futbolçuların müdaxilәsindən sonra onları sakitlәşdirmək mümkün olub.