AFFA rəsmilərinin olduğu binada bomba təhlükəsi

17:40 - 29 May 2015

Polis də məlumatı təsdiqləyib
 
İsveçrənin Sürix şəhərində AFFA prezidenti Rövnəq Abdullayevin də iştirak etdiyi FİFA-nın 65-ci konqresi keçirilən binaya bomba qoyulması barədə xəbərlər yayılıb. 
 
Sportal.az xəbər verir ki, bina tamamilə boşaldılıb və axtarışlardan sonra bu xəbərlərin əsassız olduğu bildirilib.  Sonra Sürix polisi də belə bir məlumatın daxil olduğunu təsdiqləyib.
 
Qeyd edək ki, FİFA prezidenti Sepp Blatterin açılış nitqi zamanı fələstindən olan nümayəndələr ona "qırmızı vərəqə" göstərmişdilər.

Xəbər xətti