"Topçular"dan Martinesə 34,5 milyon avro

20:48 - 29 May 2015

Portuqaliyadan İngiltərəyə

 

"Portu"nun hücumçusu Cekson Martines karyerasını İngiltərədə davam etdirə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 28 yaşlı futbolçunu heyətinə qatmaq istəyən "Arsenal" futbolçu üçün 34,5 milyon avroluq təklif göndərib.

 

Qeyd edək ki, yaxın günlərdə rəsmi müqavilə imzalanacağı gözlənilir.

Xəbər xətti