Sterlinq Madriddə?
"Liverpul"un yarımmüdafiəçisi Rahim Sterlinq karyerasını İspaniyada davam etdirə bilər.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, növbəti mövsümdən "Real"ı çalışdıracağı gözlənilən Rafael Benites "kral" klubuna Sterlinqi təklif edib. İspaniyalı mütəxəssis "Real"a gələcəyi təqdirdə təkidlə onu komandasında görmək niyyətindədi.
Qeyd edək ki, Sterlinq bu mövsüm "Liverpul"un heyətində çıxdığı 47 matçda 10 qolla yadda qalıb.
saytlarin hazirlanmasi