"Liverpul" 21 yaşlı futbolçuyla razılığa gəldi

01:13 - 30 May 2015

“İnter” xorvatiyalı yarımmüdafiəçisini satır    
 
İtaliyanın “İnter” klubunda forma geyinən Mateo Kovaçiç növbəti mövsüm İngiltərə Premyer Liqasında çıxış edə bilər.
 
Sportal.az xəbər verir ki, 21 yaşlılardan ibarət Xorvatiya millisinin aparıcı üzvünü “Liverpul” heyətinə cəlb edir.
 
Milana səfər edən ingilislər ötən gün “İnter”in idman direktoruyla görüşdə yarımmüdafiəçinin transfer məsləsinə aydınlıq gətirib. Kovaçiçin keçidi qarşılığında “qırmızılar” Milan təmsilçisinə 20 milyon avro təklif edib. İlkin danışıqlarda tərəflərin razılığa gəlməsi xorvatiyalı futbolçunun yaxın vaxtlarda “Liverpul”la rəsmi müqavilə bağlayacağından xəbər verib.

Xəbər xətti