"Barselona"nın yeni braziliyalı ulduzu

01:25 - 30 May 2015

Kataloniya təmsilçisi gənc istedadla anlaşdı
 
“Fluminense” klubunun şərəfini qoruyan Jerson Santos da Silva karyerasını İspaniyada davam etdirəcək.
 
Sportal.az xəbər verir ki, “Barselona” rəhbərliyi 18 yaşlı futbolçuyla ilkin danışıqlarda razılığa gəlib.
 
UEFA-nın Kataloniya təmsilçisinə gənc futbolçuların transferiylə bağlı qadağanın vaxtı bu yayda başa çatır. Belə olan halda gənc futbolçu “Barselona”nın düşərgəsinə ancaq qış fasiləsində qoşula biləcək.
 
Qeyd edək ki, “Fluminense”nin heyətində 12 oyun keçirən braziliyalı yarımmüdafiəçi 4 qol vurub.           

Xəbər xətti