"Beşiktaş" mövsümü qələbəylə başa vurdu

02:10 - 30 May 2015

“Qara qartalla” bürünc medallara sahib çıxdı
 
Türkiyə Superliqasında mövsümün sonuncu – 34-cü turun oyunlarına start verilib.
 
Sportal.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.
 
“Kayseri Ərciyəsspor” doğma meydanda “Karabükspor”a 4:3 hesabı ilə qalib gəlib. Superliqanın autsayderi “Balıkəsirspor” evdə “Qaziantepspor”la heç-heçə edib - 1:1  
 
Çempionluğu son turlarda əldən verən “Beşiktaş” doğma publika önündə “Gənclərbirliyi”nə çətinliklə olsa da, qalib gələ bilib. Bununla da “qara-qartallar” mövsümü 3-cü yerdə başa vurub.
 
 
29 may
 
Türkiyə Superliqası, 34-cü tur
 
“Kayseri Ərciyesspor” – “Karabükspor”  4:3
Qollar:
Seçme, 19, Edinyo, 49, Qulle, 80, Ennyo, 82 - Özek,21, Özgənc, 40, 71
 
“Balıkəsirspor” – “Qaziantepspor”   1:1
Qollar:
Qlumak, 37 - Çiço, 27
 
“Beşiktaş” – “Gənclərbirliyi”  2:1
Qollar:
Tosun, 42, Özyakub, 82 - Bülbül, 90
 
“Əskişəhərspor” – “Akhisar”  1:3
Qollar:
Şışmanoğlu, 89 - Kustadio, 10, Mezenqa, 68, Akyüz, 70

Xəbər xətti