Hollandiya millisinin üzvü "Roma"ya keçir

02:34 - 30 May 2015

Yordi Klasi “canavarlar”a 18 milyona başa gəlir
 
“Feyenoord”un yarımmüdafiəçisi Yordi Klasi “Roma” klubunun maraq dairəsinə düşüb.
 
Sportal.az xəbər verir ki, Rotterdam təmsilçisi 23 yaşlı hollandiyalı futbolçunun transfer qarşılığında “canavarlar”dan 18 milyon avro tələb edir.
 
İtaliya təmsilçiylə yanaşı, Hollandiya yığmasının üzvünü “Sauthempton” komandası da düşərgəsinə qatmaqda maraqlıdır. Cari mövsüm “Feyenoord”un heyətində 41 oyun keçirən futbolçu 2 qol vurub və 5 məhsuldar ötürmə edib.     

Xəbər xətti