"Neftçi"nin kapitanı ölkəni tərk edir, final matçında olmayacaq

16:28 - 30 May 2015

Avstriyada komandaya qoşulacaq

 

"Neftçi"nin futbolçusu Flavinyo zədə səbəbindən Azərbaycan kubokunun final oyununda iştirak edə bilməyəcək.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində səfərdə "Xəzər Lənkəran" klubu ilə keçirilmiş matçda zədələnmiş futbolçu müalicəsini vətənində davam etdirəcək.

 

Bu gün Braziliyaya yola düşəcək Flavinyo, "Neftçi"nin Avstriya təlim-məşq toplanışında komandanın düşərgəsinə qoşulacaq.

 

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" iyunun 3-ü saat 20:00-da başlayacaq.

Xəbər xətti