"Qalatasaray"ın futbolçusundan hakimə qırmızı vərəqə FOTO

18:00 - 30 May 2015

Karyerasını başa vurdu

 

Bu gün Türkiyə Superliqasında çempion "Qalatasaray” mövsümün son oyununda "Rizəspor”la 1-1 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, Oyunu maraqlı edən məqamlardan biri də, matçın baş hakimi Mustafa Kamil Abitoğlu olub. Belə ki, Abitoğlu hakimlik karyerasını məhz bu oyunla başa vurub. Bu münasibətlə "Qalatasaray” futbolçuları oyundan sonra Abitoğluya kiçik sürpriz hazırlayıblar. Belə ki, komandanın müdafiəçisi Sabri Sarıoğlu matçdan sonra Abitoğluya qırmızı vərəqə göstərib.

 

Həmin anın fotosunu təqdim edirik:

 

Xəbər xətti