"Araz-Naxçıvan" muxtar respublika çempionatının qalibi oldu

18:19 - 30 May 2015

10 komanda mübarizə aparıb

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi futbol üzrə Naxçıvan Muxtar Respublika çempionatı başa çatıb. 10 komandanın mübarizə apardığı çempionatın qalibi adını “Araz-Naxçıvan” futbol komandası qazanıb.

 

Sportal.az xəbər verir ki, “Araz-Naxçıvan” futbol komandası mövsüm ərzində yalnız bir dəfə xal itkisi ilə üzləşib. “Dinamo” futbol komandası isə 3 məğlubiyyət və əldə edilən 43 xal nəticəsində mövsümü ikinci pillədə başa vurub.

 

İlk dövrəni liderlər cərgəsində başa vuran Naxçıvan Dövlət Universitetinin komandası üçüncülüklə kifayətlənməli olub. Tələbələr mövsüm ərzində 4 dəfə meydanı məğlub tərk ediblər.

Xəbər xətti