22 yaşlı futbolçu Bundesliqa təmsilçisiylə müqavilə bağladı
Yaponiya milli komandasının üzvü Yosinori Muto karyerasını Almaniyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, 22 yaşlı yaponiyalı futbolçu “Mayns”la 4 illik rəsmi müqavilə imzalayıb.
Yaponiyanın “Tokio” klubunda çıxış edən Yosinori Mutonu əvvəl İngiltərə “Çelsi” heyətinə qatmaq istəyib. Futbolçunun London təmsilçisindən imtina etməsi sonda onun Bundesliqa klubuyla anlaşmasına səbəb olub.
saytlarin hazirlanmasi