"Fənərbaxça"nın yeni baş məşqçisi kim ola bilər?

21:15 - 30 May 2015

İstanbul təmsilçisi Kartala əvəzləyici axtarır
 
Türkiyə Superliqasının son turunda “Kasımpaşa”ya 2:0 hesabı ilə qalib gələn “Fənərbaxça” mövsümü 2-ci yerlə başa vurub.
 
Sportal.az xəbər verir ki, çempionluq mübarizəsində əzəli rəqibi “Qalatasaray”dan geri “Fənərbaxça” rəhbərliyi baş məşqçi İsmayıl Kartalla yollarını ayırıb.
 
Yeni mövsüm daha təcrübəli mütəxxəssislə çalışmaq istəyən “sarı-lacivərdlilər” artıq baş məşqçi axtarışına çıxıblar. “Fənərbaxça”nın baş məşqçi postuna Mirça Luçesku, Rafael Benites, Yurgen Klopp və Luçano Spaletti kimi mütəxəssislərin adları hallanır.     

Xəbər xətti