"Liverpul" Kristenseni "Çelsi"dən qoparır

21:50 - 30 May 2015

“Zadəganlar” danimarkalı müdafiəçini satacaqmı?
 
Növbəti mövsüm çempionluq uğurunda mübarizə aparacaq “Liverpul” heyətini möhkəmləndirir.
 
Sportal.az xəbər verir ki,  “qırmızılar” İngiltərə Premyer Liqasında əsas rəqiblərindən biri olan “Çelsi”dən Andreas Kristenseni transfer etməyə yaxındır.
 
London təmsilçisinin əsas heyətində nadir hallarda yer alan 19 yaşlı futbolçuyla Munhenqladbax “Borussiya”sı da maraqlanır. Ancaq daha cəld tərpənən “Liverpul” rəhbərliyi danimarkalı futbolçunun keçidini “zadəganlar”a 8 milyon avro verməklə həll etmək üzrədir. 
 
Qeyd edək ki, cari mövsüm müdafiəçi “Çelsi”nin heyətində 3 oyun keçirib.       

Xəbər xətti