Azərbaycan Avropa çempionatının final mərhələsində

00:08 - 31 May 2015

Millimiz qızıl setdə sevindi
 
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanıb.
 
Sportal.az xəbər verir ki, komandamız çempionatın təsnifat mərhələsinin pley-offunda Slovakiyanın qonağı olub. Ötən həftə Bakıda keçirilən ilk görüşdə rəqibinə heç bir şans verməyən yığmamız səfərdəki cavab qarşılşamasında gözlənilmədən məğlub olub. Avropa Çempionatına vəsiqə qazanmaq üçün voleybolçularımıza cəmi 2 set lazım idi. Lakin bütün gözləntiləri alt-üst edən xanımlarımız sensasion şəkildə slovaklara quru hesabla uduzublar.
 
Məğlubiyyətdən sonra bütün ümidlərini qızıl setə bağlayan millimiz bu hissədə meydan sahiblərinə acı aqibət yaşada bilib. Həlledici setdə komandamız nəhayət ki, azarkeşlərini sevindirib.
 
Slovaklara bu dəfə də şans verməyən xanımlarımız qitə birinciliyinin vəsiqə qazanıb.  
 
Avropa Çempionatı, təsnifat mərhələsi
Pley-off, cavab oyunu
30 may
Slovakiya - Azərbaycan 3:0 (26:24, 25:19, 25:18)
Qızıl set: 6:15

Xəbər xətti