"Fənərbaxça" rəsmən baş məşqçisiz qaldı

00:24 - 31 May 2015

İsmail Kartal açıqlama verib
 
"Fənərbaxça"nın baş məşqçisi İsmayıl Kartal istefa verib.
 
Sportal.az xəbər verir ki, bu barədə təcrübəli mütəxəssisin özü Türkiyə superliqasında bu gün "Kasımpaşa"ya qalib (2:0) gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bildirib. O deyib ki, dünən klub prezidenti Əziz Yıldırımla görüşüb və ona istefa vermək istədiyini söyləyib. İ.Kartalın bu istəyi rəhbərlik tərəfindən qəbul olunub.
 
Qeyd edək ki, İ.Kartal bu mövsümün əvvəlindən "Fənərbaxça"nı çalışdırırdı.

Xəbər xətti