"Qalatasaray" mövsümü heç-heçəylə, "Fənərbaxça" qələbəylə başa vurdu

01:17 - 31 May 2015

Türkiyədə Superliqa həyəcanını son qoyuldu   
 
Türkiyə Superliqasında mövsümün sonuncu – 34-cü turun oyunları ilə mövsümə yekun vurulub.  
 
Sportal.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma keçirilib.
 
Ötən tur çempionluğa qovuşan"Qalatasaray" səfərdə "Çaykur Rizəspor"un qonağı olub. Hərəyə bir dəfə fərqlənən tərəflər meydandan sülhlə ayrılıblar - 1:1. 
 
"Fənərbaxça" isə doğma meydanda  "Kasımpaşa"nı sınağa çəkib. “Sarı-lacivərdlilər” rəqibinə 2:0 hesabı ilə qalib gələrək mövsümü ikinci yerdə başa vurublar.  
 
 
30 may
 
Türkiyə superliqası, 34-cü tur
 
"Çaykur Rizəspor" - "Qalatasaray"  1:1
Qollar:
Albayrak, 52 – Umut Bulut, 86
 
"Fənərbaxça" - "Kasımpaşa"  2:0
Qollar:
Əmrə Bələzoğlu, 72, Alper Potuk, 81
 
"Bursaspor" - "Konyaspor"  0:0
 
"Mersin İdman Yurdu" - "Başakşəhər"  2:2
Qollar:
Velliton, 50, Delibalta, 55 - Madureyra, 80, Viska, 87
 
"Sivasspor" - "Trabzonspor"  1:1
Qollar:
Karadeniz, 9 - Hurmacı, 23

Xəbər xətti