Voleybolçularımız Slovakiya millisinə qalib gəldi
Azərbaycanın qadın voleybolçulardan ibarət yığması Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Sportal.az xəbər verir ki, yığma komandamız pley-off mərhələsinin cavab matçında Slovakiya ilə qarşılaşıb.
Bakıda keçirilən ilk görüşdə rəqibinə 3:0 hesabı ilə qalib gələn komandamız səfərdə eyni hesabla uduzub. Belədə final mərhələsinə vəsiqənin sahibinə "qızıl set"də aydınlıq gəlib. Burada rəqibini 15:6 hesabı ilə məğlub edən Azərbaycan millisi tarixində 6-cı dəfə Avropa çempionatının final mərhələsində oynamaq hüququ qazanıb.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsinin oyunları Belçikanın Antverpen şəhərində keçiriləcək.
30 may
Avropa çempionatı, pley-off mərhələsinin cavab oyunu
Slovakiya – Azərbaycan 3:0 (26:24; 25:19; 25:18) "Qızıl set" - 6:15
saytlarin hazirlanmasi