İraq millisinin üzvü Seria A-da

17:50 - 31 May 2015

Ali Adnan Rizə təmsilçisindən ayrılır
 
"Çaykur Rizespor"un gənc futbolçusu Ali Adnan karyerasını İtaliyada davam etdirəcək.
 
Sportal.az xəbər verir ki, "Udinese" klubu iraqlı müdafiəçi üçün 2 milyon avro ödəyib. Adnanın növbəti mövsüm icarə əsasında "Granada"da forma geyəcəyi gözlənilir. "Çaykur Rizespor"un sözücüsü Aykut Ferah Ali Adnanın tibbi müayinədən sonra "Udinese"nin futbolçusu kimi təqdim ediləcəyini bildirib. Qeyd edək ki, futbolçu Superliqanın son turunda "Çaykur rizespor"un "Qalatasaray"la oyununda (1:1) iştirak ərizəsinə salınmayıb.

Xəbər xətti