Aziz Yıldırım yenidən "Fənərbaxça"nın prezidenti seçildi

21:46 - 31 May 2015

O, seçkilərdə Hulusi Belgüsunu üstələyib
 
"Fənərbaxça" klubunda növbəti prezident seçkisi keçirilib.
 
Sportal.az xəbər verir ki,  Aziz Yıldırım  yenidən klubun rəhbəri seçilib.
 
5504 səs toplayan Aziz Yıldırım səsvermədə digər namizəd Hulusi Belgüsunu üstələyib.  Bununla da Yıldırım 12-ci dəfə “Fənırbaxça” klubunun prezidenti olub.
 
Qeyd edək ki, Aziz Yıldırım 1998-ci ildən  "Fənərbaxça"ya rəhbərlik edir.

Xəbər xətti