"Qalatasaray" finalda o futbolçudan məhrum oldu

10:46 - 1 İyun 2015

Finalda oynamayacaq

 

"Qalatasaray"  qolkiperi Fernando Muslera  Türkiyə kubokunun final mərhələsi çərçivəsində keçiriləcək "Bursaspor"la matçı buraxmalı olacaq.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb uruqvaylı qolkiperin Çili ilə oyun üçün milliyə çağırılmasıdır. O, iyunun 1-də Uruqvay millisinin düşərgəsində olmalıdır.

 

Qeyd edək ki, "Qalatasaray" - "Bursaspor" qarşılaşması iyunun 3-ü keçiriləcək.

Xəbər xətti