"Neftçi"də final öncəsi Abdullayev şoku

11:31 - 1 İyun 2015

"Flaqman" bu xəbərlə üzüldü
 
"Neftçi" iyunun 3-də Azərbaycan kubokunun final matçında "Qarabağ"la oyuna ciddi itki ilə çıxa bilər.
 
Sportal.az xəbər verir ki, AZAL-la oyunda zədələnən Araz Abdullayev hələ də məşqlərə başlamayıb. Futbolçunun bu matçda iştirak edib-etməyəcəyi isə hələlik məlum deyil.
 
Qeyd edək ki, komandanın aparıcı üzvü Flavinyo da zədə səbəbindən "Qarabağ"la matçı buraxmalı olacaq. Bundan başqa cəzalı duruma düşən Əziz Quliyev də sözügedən matçda forma geyinə bilməyəcək.

Xəbər xətti