Final rəqəmlərin gözü ilə
Bu həftə Azərbaycan kubokunda final oyunu ilə 2014/15 mövsümünə yekun vurulacaq.
Sportal.az xəbər verir ki Qəbələdə keçiriləcək qarşılaşmada ardıcıl 4-cü dəfə finala yüksələn “Neftçi” son 2 mövsümdə əldə etdiyi mükafatı qorumağa, ölkə çempionu “Qarabağ” “Qızıl dubl”a imza atmağa çalışacaq. Peşəkar Futbol Liqasının rəsmi internet saytı üz-üzə gələn cütlərin kubokdakı oyunlarının balansını təqdim edir.
Azərbaycan kuboku
Final
3 iyun
23. “Qarabağ” - “Neftçi” – 17 oyun, +7=5-5, top fərqi 12-15
Azərbaycan futbolunda ən çox üz-üzə gələn komandaların yolları kubokda 9 dəfə kəsişib. 2 dəfə 1/8, 4 dəfə 1/4, 2 dəfə yarımfinalda üz-üzə gələn rəqiblər 2-ci dəfə həlledici qarşılaşmada görüşəcək. 19 il əvvələ təsadüf edən yeganə finalda “Neftçi” qalib gəlsə də, ümumilikdə “Qarabağ” daha çox – 5 dueldə mərhələ adlayıb. Bunların birində keçirilməli olan 2 qarşılaşma baş tutmayıb. Buna həmin vaxt “Neftçi” çempionat və kubokda mübarizəni davam etdirməkdən imtinası səbəb olub. Həmin baş tutmayan duelləri texniki nəticə kimi nəzərə alsaq, “Qarabağ” 9 duel çərçivəsindəki 17 matçda daha çox qələbə qazanıb. Top fərqində isə “Neftçi” üstündür.
1993 |
1/4 final |
Qarabağ (Ağdam) - Neftçi (Bakı) |
2:1, 0:0 |
1993/94 |
1/4 final |
Qarabağ (Ağdam) - Neftçi (Bakı)* |
+:-, +:- |
1995/96 |
final |
Neftçi (Bakı) - Qarabağ (Ağdam)** |
3:0 |
1996/97 |
1/4 final |
Neftçi (Bakı) - Qarabağ (Ağdam) |
3:2, 0:1 |
1998/99 |
1/8 final |
Qarabağ (Ağdam) - Neftçi (Bakı) |
0:2, 0:0 |
2005/06 |
1/2 final |
Neftçi (Bakı) - Qarabağ (Ağdam) |
0:0, 0:1 |
2006/07 |
1/8 final |
Qarabağ (Ağdam) - Neftçi (Bakı) |
1:2, 1:0 |
2008/09 |
1/4 final |
Qarabağ (Ağdam) - Neftçi (Bakı) |
1:0, 0:0 |
2012/13 |
1/2 final |
Neftçi (Bakı) - Qarabağ (Ağdam) |
2:1, 2:2 |
* - “Neftçi” çempionat və kubokda mübarizəni davam etdirməkdən imtina etdiyi üçün bu mərhələdə oynamayıb. Bu üzdən texniki nəticələr şərti olaraq yazılıb və top fərqində nəzərə alınmayıb.
** - neytral meydanda keçirilib.
saytlarin hazirlanmasi