Millimizin üzvü Türkiyə çempionu oldu

14:30 - 1 İyun 2015

Ümumi nəticə: 3:1

 

Azərbaycanın həndbolçu qadınlardan ibarət milli komandasının üzvü Marina Tankatskayanın çıxış etdiyi Türkiyənin "Yenimahalle Belediyesi" klubu tarixi nailiyyətə imza atıb.

 

Sportal.az xəbər verir ki, Ankara təmsilçisi Türkiyə Super Kuboku və ölkə kubokunun ardından, Super Liqanın da qalibi olub.

 

"Pley-off" seriyasının 4-cü qarşılaşmasında paytaxt komandası "Muratpaşa Belediyespor"u səfərdə 35:33 hesabı ilə yenib. Ümumi nəticədə 3:1 hesablı üstünlük əldə edən "Yenimahalle Belediyesi" tarixində ilk dəfə çempion olub. Bu münasibətlə komandaya qızıl medal və kubok təqdim edilib.

Xəbər xətti