"O, daha çox ekstremal idman növlərinin həvəskarıdır"
İsveç millisinin və PSJ-nin hücumçusu Zlatan İbrahimoviçin Bakıya gəlişinin səbəbi məlum olub.
Sportal.az xəbər verir ki, İbra azərbaycana keçmiş qaydasız döyüşçü Faiq Babanlının dəvəti ilə gəlib. Babanlı Sportbox.az saytına açıqlamasında xəbəri təsdiq edb: “Biz Zlatanı dəvət etmişik ki, o, Azərbaycanla tanış olsun. Ona Bakı və regionları göstərəcəyik. İbrahmovçin ölkəmizdə 3-4 gün qalması planlşdırılır. Onun gəlişi nə “Bakı-2015”, nə də reklam çəkilişi ilə bağlı deyil. Bunlar hamısı şaiyədir. Mən və dostum Asif İlyasov Zlatana Azərbaycanın gözəlliyini nümayiş etdirmək fikrindəyik. Zlatan ov həvəskarı deyil. O, daha çox ekstremal idman növlərinin həvəskarıdır”.
saytlarin hazirlanmasi