AFFA-dan hədiyyə

19:23 - 1 İyun 2015

Süleymanov da iştirak edib

 

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sumqayıt şəhərində yerləşən sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat məktəbində tədbir təşkil edilib.

 

Sportal.az xəbər verir ki, tədbirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Nazim Süleymanov da iştirak edib.

 

Tədbir iştirakçıları əvvəlcə həmin məktəbin şagirdlərinin hazırladığı rəqs nömrələrini izləyib, ardınca məktəbin sərgi mərkəzində uşaqların hazırladığı əl işləri nümayiş olunub.

 

Nazim Süleymanov AFFA-nın hədiyyələrini uşaqlara təqdim edib.

Xəbər xətti