Rəqiblərimiz iyulda bəlli olacaq
Qadın voleybolçular arasında Çempionlar Liqasının 2015/2016 mövsümündə iştirak edəcək komandaların siyahısı açıqlanıb.
Sportal.az xəbər verir ki, Azərbaycan 1 illik fasilədən sonra qitənin ən nüfuzlu klub turnirinə 3 komanda ilə qatılacaq.
Avropa Voleybol Konfederasiyası (CEV) Super Liqanın çempionu “Telekom” (Rabitə) və gümüş medalçısı “Lokomotiv”lə yanaşı, “Azərreyl”in (Azəryol) də Çempionlar Liqasında oynamaq istəyinə müsbət cavab verib. Əgər ölkə çempionatının finalçıları reqlamentə uyğun bu yarışda iştirak hüququ əldə ediblərsə, “dəmiryolçular” “wild card”la istəklərinə nail olublar. Bakı klubundan əlavə, “Pyaçentsa” və “İmpel” də “güzəştli kart”la Çempionlar Liqasında çıxış edəcək.
Turnirdə ən çox – 3 komanda ilə 5 ölkə mübarizə aparacaq ki, onlardan da 1-i Azərbaycandır. Ölkəmiz kimi Çempionlar Liqasında Rusiya, İtaliya, Polşa və Türkiyə ən çox klubla təmsil olunacaq.
Ümumilikdə isə 12 çempionatın 24 komandası yarışda çıxış edəcək. Bunlardan “Le Kannet”, “Kasalmaqqiore”, “Stutqart”, “Alba” və “Kalsit” debütantdılar.
Çempionlar Liqasının iştirakçıları
“Fənərbaxça” (Türkiyə)
“Vakıfbank” (Türkiyə)
“Əczaçıbaşı” (Türkiyə)
“Dinamo” (Kazan, Rusiya)
“Dinamo” (Moskva, Rusiya)
“Uraloçka” (Rusiya)
“Novara” (İtaliya)
“Kasalmaqqiore” (İtaliya)
“Telekom” (Azərbaycan)
“Lokomotiv” (Azərbaycan)
“Kann” (Fransa)
“Le Kannet” (Fransa)
“Ximik” (Polşa)
“Atom” (Polşa)
“Dresdner” (Almaniya)
“Stutqart” (Almaniya)
“Alba” (Rumıniya)
“Volero” (İsveçrə)
“Agel” (Çexiya)
“Partizan” (Serbiya)
“Kalsit” (Sloveniya)
“Wild card” alanlar
“Azərreyl” (Azərbaycan)
“Pyaçentsa” (İtaliya)
“İmpel” (Polşa)
Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirinin püşkü iyulun 2-də atılacaq. Avstriyanın paytaxtı Vyanada baş tutacaq tədbirdə həm kişi, həm qadın komandaların rəqibləri müəyyənləşəcək.
Mənbə: Apasport.az
saytlarin hazirlanmasi