“Valansyen”lı futbolçunun müştəriləri artır
“Valansyen" klubunun istedadlı müdafiəçisi Dayot Upamekano “Mançester Siti”nin maraq dairəsinə düşüb.
Sportal.az xəbər verir ki, “şəhərlilər” 16 yaşlı fransalı futbolçunun transfer hüququnu Fransa təmsilçisindən almaq istəyir.
İngiltərə təmsilçisini rəhbərliyi müdafiəçinin keçidi ilə bağlı Fransa klubuna rəsmi təklif göndərib. 17 yaşlılardan ibarət Fransa millisinin aparıcı üzvünə marağın çox olması qarşı tərəfi düşünməyə vadar edib. Belə ki, gənc futbolçuyla “Monako”, “İnter” və PSJ klubları da maraqlanır.
saytlarin hazirlanmasi