Braziliyalı mütəxəssis “Al-Arabi” komandasında
Türkiyənin “Akhisar” klubundan ayrılan Roberto Karlos Qətərdə baş məşqçi işləyə bilər.
Sportal.az xəbər verir ki, 42 yaşlı braziliyalı məşqçi “Əl-Arabi” klubunu çalışdırmağa yaxındır. Qətər təmsilçisinin yaxın günlərdə braziliyalı mütəxəssislə 3 illik rəsmi müqavilə bağlayacağı haqda xəbərlər yayılıb.
Qeyd edək ki. Roberto Karlos baş məşqçi olaraq Türkiyənin “Sivasspor” və “Akhisar” klublarında çalışıb.
saytlarin hazirlanmasi