"Fənərbaxça" serbiyalı məşqçiyə təklif göndərdi

02:20 - 2 İyun 2015

İstanbul təmsilçisini Mixayloviç çalışdıra bilər  
 
“Sampdoriya”nın baş məşqçi postundan ayrılan Sinişa Mixayloviç “Fənərbaxça” klubunu çalışdıra bilər.
 
Sportal.az xəbər verir ki, Superliqada mövsümü 2-ci yerdə başa vuran İstanbul təmsilçisi 46 yaşlı serbiyalı mütəxəssisə təiklif göndərib.
 
Sinişa Mixayloviçlə əlaqə saxlayan “Fənərbaxça” rəhbərliyi yaxın günlərdə təcrübəli mütəxəssislə görüş planlaşdırıb. “Napoli” və “Milan” klubunun baş məşqçi postuna namizəd sayılan serbiyalı çalışdırıcının “Fənərbaxca”ya tezliklə "hə"cavabı verəcəyi real görünmür.         

Xəbər xətti