"Beşiktaş" türkiyəli mütəxəssisə tapşırılır

02:33 - 2 İyun 2015

Slaven Biliçi baş məşqçi postunda kim əvəzləyəcək?  
 
Slaven Biliçin istefasından sonra “Beşiktaş” klubu baş məşqçi axtarışını davam etdirir.
 
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin rəsmiləri xorvatiyalı mütəxəssisin yerinə əsas namizəd kimi Şenol Günəşi görürlər.
 
Mövsümün sonunda türkiyəli mütəxəssisin “Bursaspor” klubuyla  müqaviləsi başa çatır. Ölkə kubokunun finalında “Busaspor”un “Qalatasaray”la oyunundan sonra “Qara qartallar”ın rəhbərliyi Şenal Günəşlə bir araya gələcək. Həmin görüşün nəticəsindən asılı olaraq, türkiyəli məşqçinin yeni mövsümdə “Beşiktaş”a edib-etməyəcəyi məsləsinə aydınlıq gətiriləcək.           

Xəbər xətti