Bakı qonaqları qarşılamağa tam hazırdı

18:46 - 2 İyun 2015

256 reklam lövhəsi

 

12-28 iyun tarixlərində paytaxt Bakıda keçiriləcək birinci Avropa Oyunları haqqında yerli və beynəlxalq ictimaiyyət arasında məlumatlılığı artırmaq məqsədilə indiyədək bir sıra işlər görülüb.

 

Sportal.az xəbər verir ki, bunlar sırasına şəhər ətrafında müxtəlif yerlərdə reklam lövhələrinin yerləşdirilməsindən təyyarələrdə Bakı 2015-in loqosunun əks olunmasına qədər fərqli istiqamətlərdə təqdimat işləri daxildir.


Bakı 2015-in təqdimatı üçün hazırlanmış ən böyük reklam lövhəsi Dənizkənarı Bulvarda yerləşən “Abşeron” mehmanxanasının binasına quraşdırılıb. Bu lövhənin hündürlüyü 60,4 metr, eni isə 32,7 metrdir. Bakıda 150-i dayanacaqda olmaqla Avropa Oyunları ilə bağlı ümumilikdə 256 reklam lövhəsi yerləşdirilib.


Şəhər ətrafında müxtəlif yerlərdə Bakı 2015-in rəsmi simvollarını (maskotlar) təmsil edən 18-dək rənglənmiş heykəllər də quraşdırılıb.


Bakı Avropa Oyunları Əməliyyat Komitəsinə məxsus minik avtomobilləri və mikroavtobuslar ilə yanaşı 995 ədəd taksidə və eyni zamanda Azərbaycan Hava Yollarına aid 10 təyyarədə də Bakı 2015-in loqosu əks olunub.

Xəbər xətti