"Barselona"nın baş məşqçisi kimdən çəkinir?

20:18 - 2 İyun 2015

Luis Enrike: “Onlar finalda oynamağa layiqdirlər”
 
Çempionlar Liqasının finalında “Yuventus”la qarşılaşma öncəsi “Barselona”nın baş məşqçisi Luis Enrike maraqlı açıqlamaları ilə diqqət çəkib.
 
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis rəqibin heyətində Andrea Pirlonun oyununu bəyəndiyini söyləyib:  
 
"Son vaxtlar Pirlo  yaxşı oyun nümayiş etdirir. “Yuventus”un ən təhlükəli oyunçularından biridir. Əsas da ondan ehtiyat edirəm. Ona görə də topa daha çox nəzarət etməli və boşluqlar verməməliyik.  "Yuventus" yaxşı mövsüm keçirdi. Onlar finalda oynamağa layiqdirlər".
 
Təcrübəli mütəxəssis  bir mövsümdə üç kubok qazanmaq istədiklərini deyib:
 
"Barselona"dakı gələcəyim final oyunun nəticəsindən asılı deyil. Əsas məqsədimiz kuboku İspaniyaya aparmaqdır. Bunun üçün də əlimizdən gələni edəcəyik”. 

Xəbər xətti