Blatter istefa verdi

00:02 - 3 İyun 2015

FİFA-da gözlənilməz hadisə
 
FİFA prezidenti Yozef Blatter istefa verib.
 
Sportal.az xəbər verir ki, bu barədə o, Sürixdə keçirilən mətbuat konfransında bildirib: "Bu vəzifədə olmağım hər kəs tərəfindən dəstəklənmir. Düşünürəm ki, FİFA-nın tərkibi tamamilə yenidən formalaşmalıdır".
 
Bildirilir ki, Y.Blatterin bu qərarı verməsinə bəzi FİFA məmurlarının həbs olunması səbəb olub.
 
Qeyd edək ki, Y.Blatter üç gün öncə keçirilən prezident seçkilərində ilk turda 133 səs toplamışdı. İkinci namizəd Əli ibn Əl-Hüseyn 73 səs yığmışdı.Səsvermənin nəticəsi açıqlandıqdan sonra Əli ibn Əl-Hüseyn namizədliyini geri götürmüşdü. Nəticədə yeganə namizəd Yozef Blatterin beşinci müddətə ali futbol qurumun rəhbəri olmuşdu.

Xəbər xətti