U-15 Liqasının qalibləri hədiyələrinə qovuşdu
AFFA-nın inzibati binasında U-15 Liqasını ilk 3 pillədə başa vurmuş komandaların mükafatlandırılması mərasimi keçirilib.
Sportal.az xəbər verir ki, mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev təqdim edib.
Qeyd edək ki, U-15 Liqasının 2014/2015-ci il mövsümünün qalibi "Bakı" komandası olub. "Qəbələ" ikinci, "Neftçi" isə üçüncü yeri tutub.
saytlarin hazirlanmasi