"Aslanlar" "timsah" ovunda

13:35 - 3 İyun 2015

Final matçı

 

Bu gün Türkiyə Kubokunda da qalibin adına aydınlıq gələcək.

 

Sportal.az xəbər verir ki, "Bursa Atatürk” stadionunda baş tutacaq finalında "Bursaspor” Superliqanın son qalibi "Qalatasaray”la qarşılaşacaq. Qeyd edək ki, komandalar kubok tarixində ilk dəfə finalda üz-üzə gələcək.

 

Superliqada 20-ci dəfə çempionluğu bayram etməklə 4-cü ulduza sahib çıxan ilk komanda adını qazanmış "Qalatasaray” 16-cı dəfə bu kuboka sahib çıxmağa çalışacaq. Doğma divarlar amilindən yararlanmağa çalışacaq "Bursaspor” isə 6-cı dəfə finala vəsiqə qazanıb. "Timsahlar”ın yalnız 1 zəfəri var ki, o da 1985/86 mövsümünə təsadüf edir.

 

Türkiyə Kuboku, final

 

3 iyun
22:30 "Qalatasaray” – "Bursaspor”
Bursa. "Bursa Atatürk”  stadionu.

Xəbər xətti