Embolo A Seriyada?
"Bazel"in 18 yaşlı hücumçusu Brel Embolo karyerasını İtaliyada davam etdirə bilər.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Yuventus" 18 yaşlı futbolçu üçün 15 milyon avroluq təklif yollayıb. Forvardla 4 illik müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Embolo bu mövsüm "Bazel"in heyətində çıxdığı 27 matçda 10 qolla yadda qalıb.
saytlarin hazirlanmasi