Qarşılaşmada 11 qol
İtaliyanın Kataniya şəhərində təşkil olunan çimərlik futbolu üzrə "Euro Winners Cup" turniri davam edir.
Sportal.az xəbər verir ki, bu gün turnirə ikinci turun oyunları keçirilib.
Azərbaycan çempionu "Amrahbank" Fransanın "Monpelye" klubunu sıanağa çəkib. 11 qolu vurulduğu oyunda təmsilçimiz 6:5 hesablı qələbə qazanıb.
Qeyd edək ki, ötən gün baş tutan ilk turda "Amrahbank" Rusiya "Lokomotiv"inə 0:5, "Monpelye" isə Rumıniyanın "Konstanta" klubuna 3:4 hesabıyla uduzmuşdu.
Amrahbank (Azərbaycan) - Monpelye (Fransa) 6:5
Qollar: Sabir Allahquliyev, 11; 25. Ramil Əliyev, 17. Asif Zeynalov, 24. Renat Sultanov, 31; 37.
saytlarin hazirlanmasi