Araz Abdullayev: “Qalan vaxt ərzində nəticəni öz xeyrimizə dəyişmək istəsək də, alınmadı”
"Bu oyuna qələbə qazanmaq üçün çıxmışdıq. Adətən "Neftçi" mövsümü titulla başa vurub. Bu mövsümü də titulsuz başa vurmaq istəmirdik. Lakin istəyimizə çata bilmədik. “Qarabağ”la oyun ağır oldu".
Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Araz Abdullayev Azərbaycan kubokunun finalında "Qarabağ"a uduzduqları matçdan (1:3) sonra jurnalistlərə deyib.
“Neftçi”nin aparıcı üzvü erkən qolun oyunun taleyini həll etdiyini bildirib:
"Gözləmədiyimiz halda qapımızdan iki qol buraxdıq. Erkən qol bəlkə də oyunun taleyini həll etdi. Qalan vaxt ərzində nəticəni öz xeyrimizə dəyişmək istəsək də, alınmadı. İkinci qoldan sonra daha da çətin oldu. “Qarabağ”I təbrik edirəm, onlara uğurlar arzulayıram”.
saytlarin hazirlanmasi