“Əgər yaxşı təklif gəlsə, komandadan ayrılacağam”
Dortmund “Borussiya”sının aparıcı üzvü Marko Roys klubla müqaviləsini yeniləmək fikrində deyil.
Sportal.az xəbər verir ki, 26 yaşlı almaniyalı futbolçunun dortmundlularla anlaşması 2019-cu ilin yaında başa çatacaq.
Gələn təklifləri gözdən keçirəcək yarımmüdafiəçi başqa klubdan sərfəli təklif gələcəyi halda, Bundesliqa təmsilçisiylə yollarını ayırcağını gizlətməyib:
“Əgər yaxşı təklif gəlsə, komandadan ayrılacağam. Hələ ki, mənə belə bir təklif gəlməyib. “Borussiya” ilə müqaviləni yeniləmədim. Düzü, klub rəhbərliyi bunu təklif etsə də, mən imtina etdim. Axı klubla müqaviləmi niyə görə artırmalıyam? Bu barədə çox düşündüm və belə qərara gəldim ki, müqaviləmi yeniləməyim. Artıq bundan sonra kim məni necə başa düşürsə, düşsün. Yəni, daha Dotmundda qalmaq istəmirəm”.
saytlarin hazirlanmasi