3-cü futbolçu oldu
"Qarabağ"ın yarımmüdafiəçisi Reynaldo Azərbaycan Kubokunun finallarında dubla imza atmaqla tarixə düşüb.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu kubokun finallarında belə uğura imza atan üçüncü belə futbolçu olub.
Qeyd edək ki, ilk dəfə finalda iki qolu 1996-cı ildə "Neftçi"nin hücumçusu Yunis Hüseynov vurmuşdu. O, buna elə "Qarabağ"la həlledici oyunda (3:0) nail olmuşdu.
Sonuncu dəfə isə 12 il öncə "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Juninyo "İnter"lə final görüşündə komandasının hər iki qolunun müəllifi olmuşdu - 2:0.
saytlarin hazirlanmasi