"Qarabağ"dan ikinci
Azərbaycan Kubokunun final mərhələsi çərçivəsində "Neftçi"ni 3:1 hesabı ilə məğlub edən "Qarabağ" Azərbaycan futbolu tarixinə keçib.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi "qızıl dubl"a imza atmaqla tarixində ikinci dəfə, ümumilikdə isə 7-ci dəfə bu uğuru əldə edib.
Bir mövsümdə həm ölkə çempionu olub, həm də kuboku qazanan klublar aşağıdakılardır:
1993 – "Qarabağ", baş məşqçi Ağasəlim Mircavadov
1996 – "Neftçi", Kazbek Tuayev
1998 – "Kəpəz", Mehman Allahverdiyev
2004 – "Neftçi", Kazbek Tuayev
2007 – "Xəzər Lənkəran", Ağasəlim Mircavadov
2013 – "Neftçi", Böyükağa Hacıyev
2015 – "Qarabağ", Qurbanov