İlkay Gündoğan razı oldu

13:21 - 4 İyun 2015

"Qırmızı şeytanlar"ın heyətində

 

Dortmund "Borussiya"sının türk əsilli yarımmüdafiəçisi növbəti mövsümdən İngiltərə Premyer Liqasında çıxış edəcək.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu "Mançester Yunayted"ə keçməyə razılıq verib. Rəsmi müqavilənin yaxın günlərdə imzalanacağı gözlənilir.

 

Qeyd edək ki, Gündoğan bu mövsüm "Borussiya"nın heyətində çıxdığı 33 matçda 3 qol və 5 asistlə yadda qalıb.

Xəbər xətti