Fernandaodan vida mesajı FOTO

13:55 - 4 İyun 2015

"Həyatımda daha bir səhifə bağlandı"

 

Növbəti mövsümdən "Fənərbaxça"da çıxış edəcək "Bursaspor"un hücumçusu Fernandao dünən son oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Türkiyə Kubokunun final mərhələsində "Qalatasaray"a 2:3 hesabı ilə məğlub olan "Bursaspor" mövsümü gümüş medalla başa vurub. Bu matçdan sonra Fernandao öz "instagram" hesabından şəkil paylaşaraq bunları qeyd edib:

 

"Bu gün həyatımda daha bir səhifə bağlanır. İkinci yeri tutsaq da, bu uğur mənim üçün özəl oldu. İlk gnüdən bu günə qədər mənim yanımda olan "Bursaspor" azarkeşlərinə minnətdarlığımı bildirirəm".

 

Xəbər xətti