"Xəzər Lənkəran"ın iki üzvü millimizə dəvət aldı

14:26 - 4 İyun 2015

"Prezident kuboku"nda iştirak edəcəklər

 

Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iyunun 8-dən 20-ə qədər Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışında olacaq, 21-27 iyun tarixlərində isə Qazaxıstanın Astana şəhərində təşkil olunacaq “Prezident kuboku”turnirində iştirak edəcək.

 

Sportal.az xəbər verir ki, milli komandanın heyətində "Xəzər Lənkəran" akademiyasının iki üzvü də yer alıb. Bunlar 1999-cu il qrupunun aparıcı üzvləri Yusif Həsənov və İbrahim Qədirzadədir.

Xəbər xətti