"Kapital Bank Arena"da layihənin təqdimetmə mərasimi baş tutub
"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İstehsalat Birliyi və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün keçirilən "Yay Futbol Düşərgəsi" layihəsində birinci mərhələ başa çatıb. Futbolxeber.az-ın məlumatına görə
Sportal.az xəbər verir ki, bununla əlaqədar olaraq "Kapital Bank Arena"da layihənin təqdimetmə mərasimi baş tutub. Mərasimdə "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, "Sumqayıt" FK-nun prezidenti Kamran Quliyev, "Kapital Bank" ASC-nin nümayəndəsi Cəvahir Əhmədova, "Paşa Həyat Sığorta" ASC-nin nümayəndəsi Elnur Hüseynquliyev, futbol veteranları Telman Salahov və Abdulla Məmmədov iştirak edib.
İlk olaraq, tədbir haqqında qonaqlara və iştirakçılara ətraflı məlumat verən klubun rəhbəri Kamran Quliyev "Yay Futbol Düşərgəsi" layihəsinin məqsədlərindən danışıb. Klubun rəhbəri layihənin ərsəyə gəlməsində əziyyətləri olan partnyorlara və sponsora minnətdarlığını bildirib.
Daha sonra söz "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayevə verilib. Muxtar müəllim də öz növbəsində bütün iştirakçıları salamlayaraq uşaqlara yeni tədris ilində uğurlar arzulayıb.
Ardınca "Yay Futbol Düşərgəsi" layihəsinin fəal iştirakları təltif edilib. Daha sonra bütün iştirakçılara diplomlar, partnyorların hazırladığı xüsusi hədiyyələr, "Sumqayıt" FK-nun idman geyimləri və AFFA-nın hədiyyələri təqdim edilib.
Qeyd edək ki, 2 iyun tarixində start verilən layihə 9 gün müddətində 3 qrup üzrə keçirilir. Ümumilikdə, bu layihədə Sumqayıtda yerləşən 52 məktəb və liseyin tədris ilində fərqlənən 100-dən artıq oğlan və qız şagirdi iştirak edir.
saytlarin hazirlanmasi