"Amrahbank" pley-off mərhələsində
Bu gün İtaliyanın Kataniya şəhərində çimərlik futbolu üzrə Euro Winners Cup turnirində qrup mərhələsinə yekun vurulub.
Sportal.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Amrahbank" da qrupdakı son oyununa çıxıb.
Təmsilçimiz bu dəfə Rumıniyan "Konstanta"sı ilə qarşılaşıb. 10:8 hesabıyla qalib gələn "Amrahbank" turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.
Xatırladaq ki, Azərbaycan klubu ilk turda Rusiya "Lokomotiv"inə uduzsa da (0:5), ardından Fransanın "Monpelye" (6:5) komandasına qalib gəlmişdi.
saytlarin hazirlanmasi