"Bavariya" Şvaynştaygeri Busketslə əvəzləyir

01:31 - 5 İyun 2015

Münhen təmsilçisi ispaniyalı futbolçunu transfer edir
 
“Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets karyerasını Almaniyada davam etdirə bilər.
 
Sportal.az xəbər verir ki, 26 yaşlı ispaniyalı futbolçunu Münhenin  “Bavariya”  klubu heyətinə qatmağa hazırlaşır.
 
Bastian Şvaynştaygerin “Mançester Yunayted”ə keçidindən eytiyatlanan münhenlilər Busketsə almaniyalı futbolçunun əvəzləyicisi kimi baxırlar. Bu mövsüm “Barselona”ın heyətində 46 oyuna çıxan futbolçu 1 qol vurub və 2 məhsuldar ötürmə edib.      

Xəbər xətti