"Real"dan ayrılan futbolçunu "Beşiktaş" istəyir

02:16 - 5 İyun 2015

“Qara qartallar” Arbeloanı hədəfə aldı
 
"Real”ın müdafiəçisi Alvaro Arbeloa klubun düşərgəsini tərk etməyə hazırlaşır.
 
Sportal.az xəbər verir ki, madridlilərin əsas heyətində yer almayan futbolçu oyun praktikasından əziyyət çəkir.
 
Rəqabətdə Daniel Karvahala uduzan Alvaro Arbeloa komandasını dəyişmək qərarına gəlib. Futbolçunun “Kral klubu”ndan ayrılacağını görən Türkiyənin “Beşiktaş” klubu onu maraq dairəsinə alıb. Növbəti mövsüm çempionluğu hədəfləyən “Qara qartallar” Arbeloanın transferi hesabına müdafiəsini gücləndirmək istəyir. 

Xəbər xətti